Tarix:25/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, ekspertin sözlərinə görə, “Apple” yeni qurğunu apreldə buraxılan “iPhone SE” modelinin əvəzləyicisi kimi nəzərdən keçirir. Nisbətən ucuz olacaq qurğu “iPhone SE Plus” adlanacaq. Smartfon orijinal modeldən böyük ekranı və daha məhsuldar prosessoru ilə fərqlənəcək. Min-Çi Ko hesab edir ki, qurğu 5,5 və ya 6,1 düym diaqonallı ekranla buraxılmaqla “iPhone SE” modelinin “IPS” displeyini qoruyacaq.
Məlumata görə, ucuz smartfon yeni nəsil “Apple A14 Bionic” prosessoru ilə təchiz edilsə də, beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işi dəstəkləməyəcək. Analitik “iPhone SE Plus” modelinin ya “iPhone 8”, ya da “iPhone XR” smartfonunun korpusu ilə təchiz edilməsi versiyasına üstünlük verir. Yeni qurğunun 2021-ci ilin ikinci yarısında nümayiş olunacağı gözlənilir.
Təxminən 518 dollar dəyərində qiymətləndirilən ucuz “iPhone SE” aprelin 15-də təqdim edilib. Qurğu “iPhone 8” modelinin dizaynı, 4,7 düymlük “IPS” ekran, “Apple A13” çipi, 64 giqabaytlıq quraşdırılmış yaddaş, 12 meqapikselli tək kamera ilə təchiz olunub.
Bloger Min-Çi Ko “Apple” tərəfindən “iPhone SE” modelinin böyüdülmüş versiyasının hazırlanması barədə ilk dəfə aprelin sonunda məlumat verib. Mütəxəssis bildirib ki, ABŞ şirkəti “iPhone SE Plus” modelinin təqdimatını 2020-ci ilə planlaşdırsa da, onun buraxılışını 2021-ci ilədək təxirə salmaq qərarına gəlib. Qurğu hazırkı “iPhone” modellərində olduğu kimi, 6,5 və ya 6,1 düym diaqonaladək böyüdülmüş ekran ilə təchiz ediləcək.
Nizam Nuriyev
“iPhone SE” modelini əvəzləyəcək smartfon məlum olub
“Apple” şirkəti 2021-ci ildə yeni ucuz smartfon buraxacaq. Bu barədə “GizChina” nəşrinin tanınmış bloger Min-Çi Konun hesabatına istinadən məlumatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, ekspertin sözlərinə görə, “Apple” yeni qurğunu apreldə buraxılan “iPhone SE” modelinin əvəzləyicisi kimi nəzərdən keçirir. Nisbətən ucuz olacaq qurğu “iPhone SE Plus” adlanacaq. Smartfon orijinal modeldən böyük ekranı və daha məhsuldar prosessoru ilə fərqlənəcək. Min-Çi Ko hesab edir ki, qurğu 5,5 və ya 6,1 düym diaqonallı ekranla buraxılmaqla “iPhone SE” modelinin “IPS” displeyini qoruyacaq.
Məlumata görə, ucuz smartfon yeni nəsil “Apple A14 Bionic” prosessoru ilə təchiz edilsə də, beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işi dəstəkləməyəcək. Analitik “iPhone SE Plus” modelinin ya “iPhone 8”, ya da “iPhone XR” smartfonunun korpusu ilə təchiz edilməsi versiyasına üstünlük verir. Yeni qurğunun 2021-ci ilin ikinci yarısında nümayiş olunacağı gözlənilir.
Təxminən 518 dollar dəyərində qiymətləndirilən ucuz “iPhone SE” aprelin 15-də təqdim edilib. Qurğu “iPhone 8” modelinin dizaynı, 4,7 düymlük “IPS” ekran, “Apple A13” çipi, 64 giqabaytlıq quraşdırılmış yaddaş, 12 meqapikselli tək kamera ilə təchiz olunub.
Bloger Min-Çi Ko “Apple” tərəfindən “iPhone SE” modelinin böyüdülmüş versiyasının hazırlanması barədə ilk dəfə aprelin sonunda məlumat verib. Mütəxəssis bildirib ki, ABŞ şirkəti “iPhone SE Plus” modelinin təqdimatını 2020-ci ilə planlaşdırsa da, onun buraxılışını 2021-ci ilədək təxirə salmaq qərarına gəlib. Qurğu hazırkı “iPhone” modellərində olduğu kimi, 6,5 və ya 6,1 düym diaqonaladək böyüdülmüş ekran ilə təchiz ediləcək.
Nizam Nuriyev
Baxış sayı: 430
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet