12px13px15px17px
Tarix:26/09/20

Pandemiya fonunda smartfonların orta qiyməti 10 faiz bahalaşıb

“Counterpoint Technology Market Research” şirkəti bu ilin ikinci rübündə dünya smartfonlar bazarında vəziyyəti təhlil edib. Sahədə pandemiya və beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) inkişafı ilə əlaqədar transformasiya yaşanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, ötən rübdə bazar tarixində ən böyük azalma qeydə alınıb. Belə ki, smartfonların satış həcmi təxminən 23 faiz azalıb. Bu, özünütəcrid, mobil rabitə salonları və pərakəndə satış mağazalarının müvəqqəti bağlanması ilə əlaqədardır.

 

Bildirilir ki, dünya miqyasında smartfonların orta qiyməti 10 faiz bahalaşıb. Artım Cənubi Amerika istisna olmaqla bütün regionlarda müşahidə edilib. Bu vəziyyət ikinci rübdə baha olan “5G” qurğular seqmentinin formalaşması ilə izah olunur. Bundan əlavə, bazar həcminin ümumilikdə 23 faiz azalması fonunda premium smartfonlar kateqoriyası 8 faizlik azalma nümayiş etdirib. Bu, qurğuların orta qiymətinin bahalaşmasına səbəb olub.

 

Həmçinin qeyd olunur ki, aprel-iyunda smartfon tədarükçülərinin ümumi mədaxili 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azalıb.

 

Smartfonların satışından ümumi gəlir həcminin təxminən 1/3 hissəsi (34 faiz) “Apple” şirkətinin payına düşüb. Daha 20 faizə ABŞ sanksiyaları ilə üzləşən “Huawei” şirkəti sahib çıxıb. “Samsung” istehsalçısı pul ifadəsində sahənin 17 faizinə nəzarət edir.

 

Nizam Nuriyev





Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024