12px13px15px17px
Tarix:28/09/20

Süni intellekt insan düşüncəsini oxumağa başlayıb

Alimlər kompüterə insan beyninin siqnallarını izləməyə və vizual qavrayışı modelləşdirməyə imkan verən metodika yaradıblar. Bunun sayəsində süni intellekt indiyədək məlum olmayan informasiyanı nümayiş etdirməyi öyrənib. Bu barədə “Scientific Reports” jurnalında dərc olunan məqalədə deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, yeni üsulun əvvəllər yaradılan “beyin-kompüter” interfeysinə əsaslanmasına baxmayaraq alimlər tərəfindən ikitərəfli əlaqə təmin olunub.

 

Bildirilir ki, kompüter və insanın düşünmə orqanının qarşılıqlı fəaliyyəti zamanı birinci beyin tərəfindən ötürülən siqnalları oxuyaraq onları vizual modelə çevirir. Bunun sayəsində düşüncədə əmələ gələn informasiyanı qavrayış üçün başa düşülən şəkildə təqdim etmək imkanı yaradılır.

 

Həmçinin qeyd olunur ki, beyinin göndərdiyi siqnallar və onların vizual modelinin yaradılması kompüter tərəfindən eyni vaxtda həyata keçirilib. Helsinki Universitetinin mütəxəssislərinin fikirlərini diqqətlə öyrənən ekspertlərin sözlərinə görə, indiyədək buna oxşar heç nə yaradılmayıb. Bu, həm beyin tərəfindən göndərilən siqnalların, həm də onların vizual modelinin yaradılmasının kompüter tərəfindən eyni vaxtda edilməsi ilə əlaqədardır.

 

Nizam Nuriyev





Baxış sayı: 167

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024