12px13px15px17px
Tarix:30/09/20

Ən bahalı “iPhone” modelinin üstünlükləri açıqlanıb

“Apple” istehsal xəttinə aid qabaqcıl smartfon yeni displey və təkmilləşdirilmiş kamera ilə təchiz olunacaq. Bu barədə “Forbes” nəşrinin bloger “EverythingApplePro” və jurnalist Maks Veynbaha istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, “iPhone 12 Pro Max” seriyanın digər smartfonlarından əhəmiyyətli dərəcədə fərqlənəcək. Məsələn, qabaqcıl model seriyada kamera üçün lidar kimi üstünlüyə malik olacaq yeganə qurğu ola bilər. Bundan başqa, smartfon görüntünü 120 giqahers yeniləmə tezliyində yüksək rəvanlıqla göstərən “ProMotion” displeylə buraxılacaq. “iPhone 12” və “12 Pro Max” bir-birindən ciddi fərqlənəcək”, – bloger qeyd edib. Onun sözlərinə görə, 2019-cu ildə buraxılan “iPhone 11” və “11 Pro Max” mahiyyət etibarilə eyni qurğu olub.

 

M.Vaynbahın qabaqcıl “Apple” smartfonu ilə iş təcrübəsinə malik mənbəyi bildirib ki, böyükölçülü qurğunu əldə tutmaq rahat olmur. Bloger vurğulayıb ki, 6,7 düym diaqonallı qurğu kəskin kənarlara malik olduğundan qurğu “ovucun içinə yerləşir”. Jurnalist qeyd edib ki, “12 Pro Max” seriyada ən bahalı “Apple” smartfonu olacaq – qurğu 1199 dollar dəyərində qiymətləndiriləcək.

 

“Forbes” jurnalistləri əlavə edərək bildiriblər ki, 2020-ci il “iPhone” modellərinin yenilənməsi “Apple” tarixində ən ziddiyyətli yeniləmələrdən olacaq. “Bizim məsləhətimiz ondan ibarətdir ki, ən ucuz model (iPhone 12 mini) ən yaxşısıdır”, – materialda qeyd olunur.

 

Nizam Nuriyev





Baxış sayı: 282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024