12px13px15px17px
Tarix:30/09/20

“SLED” texnologiyalı ilk televizor nümayiş olunub

"Realme" şirkəti "SLED" ekran texnologiyası ilə təchiz edilən ilk "ağıllı" televizor təqdim edib. Yeni qurğu gözlər üçün daha təhlükəsiz "QLED" – "kvant piksellər" (Quantum Dot) texnologiyası əsasında hazırlanan displeylərin alternativi kimi qələmə verilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, "QLED" ekranları ilkin mərhələdə "kvant piksellər"dən keçdikdən sonra ağ rəngə çevrilən görmə üçün daha zərərli göy rəngi şüalandırır. "SLED" texnologiyasında isə işıqlandırma mənbəyi qismində daha zəngin "RGB" spektrindən (qırmızı, yaşıl və göy) istifadə olunması sayəsində "QLED" ilə müqayisədə daha geniş rəng əhatəsinə nail olunur və görmə qabiliyyəti daha yaxşı qorunur.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, göy işığın daha zəif şüalandırılması və göz yükünün azaldılması effekti "SLED" panelin "TÜV Rheinland" sertifikasiyasından keçməsi ilə öz təsdiqini tapır. Panel digər növ işıqlandırma istisna olmaqla maye-kristal ekranla eynilik təşkil edir.

 

"SLED" texnologiyası ilk dəfə olaraq "4K" təsvir ölçüsünə malik olan və "NTSC" rəng məkanını 108 faiz əhatə edən 55 düym diaqonallı modelə quraşdırılacaq. Lakin televizor satışa çıxarılmağa hələ ki hazır deyil. Qurğunun buraxılış tarixi və qiyməti bir müddət sonra açıqlanacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 268

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024