12px13px15px17px
Tarix:01/10/20

“Google” qabaqcıl “Pixel 5” smartfonunu təqdim edib

"Google" şirkəti sentyabrda keçirdiyi təqdimatında qabaqcıl "Pixel 5" smartfonunu nümayiş etdirib. 5-ci nəsil rabitə şəbəkələrində işləyə bilən yeni smartfonun təqdimatı "YouTube" kanalında olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Pixel 5" qurğusunun displeyi böyük dəyişikliklərə məruz qalıb. İndi o, "Motion Sense" sensorundan imtina nəticəsində çərçivəsiz olub, 8 mp-lik ön kamera isə matrisə salınıb. Sonuncu "OLED" texnologiyası üzrə işlənib hazırlanıb, diaqonalı 6 düym və təsvir ölçüsü 2340x1080 nöqtə təşkil edir. Ekran 90 hers tezlikdə təsviri yeniləyə bilir.

 

Gözlənildiyi kimi, "Pixel 5" smartfonu "Snapdragon 765G" prosessoru, 8 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib. Smartfon "5G" şəbəkəsində 6 QHs-dən aşağı tezlikdə işləyir.

 

Smartfon uyğun olan simsiz qulaqlıqları enerji ilə doldura bilən simsiz enerjidoldurma qurğusu ilə təchiz edilib. Akkumulyatorun tutumu 4080 milliamper/saatadək artırılıb, simli enerjidoldurma qurğusunun gücü isə 18 vatt təşkil edir.

 

İstehsalçı yeni nəsil "Pixel" qurğularında telefotodan imtina edib. "Pixel 5" smartfonu iki sensora malikdir: 12,2 mp-lik optik sabitləşmə sisteminə malik əsas və 16 mp-lik olduqca genişbucaqlı obyektiv.

 

"Pixel 5" smartfonu ilə yanaşı, "Google Pixel 4a" təqdim edilib.

 

Qabaqcıl smartfonun qiyməti 699 dollardır. "5G" dəstəkli kiçik versiyanın qiyməti isə 499 dollar təşkil edir. Yeni cihazlar oktyabrın ortalarında 15 ölkədə satışa çıxarılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 250

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024