“Xiaomi” ən ucuz televizor təqdim edib
"Xiaomi" şirkəti Çində ucuz "Redmi Smart TV A32" televizorunu satışa çıxarıb. Bu barədə "GizmoChina" nəşrinin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, yeni qurğu "Smart TV A55" və "Smart TV A50" modellərinin daxil olduğu "Smart TV A" seriyasına aiddir. "Smart TV A32" modeli "Xiaomi" televizorlar seriyasında ən ucuzudur. Qurğu göstərilən təsviri yaxşılaşdıran texnologiya dəstəkli 32 düym diaqonallı ekranla təchiz edilib. Televizor 64 bitlik "A53" prosessoru, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş, "Mali-450" qrafik sürətləndiricisi ilə təchiz edilib.
"Redmi Smart TV A32" modeli "MIUI for TV 3.0" əməliyyat sistemi əsasında yenilənmiş qrafik interfeysinə malikdir. Bundan başqa, model "ağıllı" ev sistemini və ona qoşulan qurğuları idarəetməyə imkan verən "XiaoAI 3.0" səsli köməkçi funksiyası ilə təchiz olunub.
Qiyməti 799 yuan (117,66 dollar) təşkil edən yeni televizoru Çinin "JD" platformasından əldə etmək mümkündür. Qurğunun qlobal satışa çıxarılması barədə məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 211
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet