12px13px15px17px
Tarix:02/10/20

“Microsoft Surface Laptop Go” noutbuku nümayiş edilib

“Microsoft” şirkəti “Surface” mobil kompüterlər seriyasına “Laptop Go” modelini əlavə edib. “Intel Ice Lake” platformalı yeni qurğu 550 dollara təklif olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, qurğuda çoxaxınlığı dəstəkləyən 3,6 QHs takt tezlikli dördnüvəli “Intel Core i5-1035G1” prosessorundan istifadə edilib. Əsas versiya 4 giqabaytlıq operativ yaddaşa və 64 giqabayt tutumlu “eMMC” moduluna malikdir. Lakin əlavə ödənişlə 8 giqabaytlıq operativ və 128 giqabaytlıq (700 dollar) və ya 256 giqabaytlıq (900 dollar) quraşdırılmış yaddaşlı versiyanı sifariş etmək mümkündür.

 

Sensorlu ekran 12,4 düymlük diaqonal və 1536 х 1024 təsvir ölçüsü ilə xarakterizə olunur. Qapaq alüminiumdan hazırlanıb və bu, korpus konstruksiyasında yeganə metal elementdir. Korpusun digər hissələri polikarbonatdan ibarətdir.

 

Bundan başqa, konfiqurasiyada “HD” təsvir ölçülü videonun yazılmasını dəstəkləyən veb-kamera, “Wi-Fi 6” və “Bluetooth 5.0” adapterləri, qulaqcıq üçün standart çıxış, bir “USB-C” və bir “USB-A” portu nəzərdə tutulub. Əsas versiyadan bahalısında qoşulma klavişinə quraşdırılan barmaq izi skaneri mövcuddur.

 

Avtonom iş vaxtı 13 saat təşkil edir. Həmçinin dəstə 39 vatt gücündə enerjidoldurma qurğusu daxildir. “Microsoft Surface Laptop Go” noutbukunun çəkisi 1110 qram, qalınlığı 16 santimetrdir.

 

Nizam Nuriyev





Baxış sayı: 203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024