12px13px15px17px
Tarix:05/10/20

“Acer Predator XB323U GX” monitoru “QHD” formatına malikdir

"Acer" şirkəti tezliklə oyun sistemləri üçün "Predator XB323U GX" monitorunu satışa çıxaracaq. Yeni qurğu 31,5 düym diaqonallı keyfiyyətli "IPS" matrisasından hazırlanıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "QHD" formatlı panelin təsvir ölçüsü 2560 × 1440 piksel təşkil edir. "Adobe RGB" rəng məkanı 99 faiz əhatə olunub. "Adaptive-Sync" vasitələri oyun prosesinin rəvanlığını artırmağa kömək edir.

 

Monitorun yeniləmə tezliyi 240 giqahersə bərabərdir, "Overclock" rejimində isə bu göstərici 270 giqahersə çatır. Minimal reaksiya vaxtı 0,5 millisaniyə təşkil edir.

 

Panel 1000:1 nisbətli kontrastlığa, 400 kandel/kvadratmetr (pik parlaqlıq 600 kandel/kvadratmetr) parlaqlığa, 178 dərəcəlik horizontal və vertikal baxış bucağına malikdir. Həmçinin hərəkətdə görüntünün bulanıqlığını aradan qaldıran "ULMB" (Ultra-Low Motion Blur) sistemi tətbiq edilib.

 

Monitor "DisplayPort 1.4" və "HDMI 2.0" interfeysləri, "USB 3.0" portu üçün konsentrator, 2 vatlıq stereofonik dinamiklər və standart audioçıxış ilə təchiz edilib. Altlıq tam tənzimləmə dəstini, o cümlədən albom rejimindən portret rejiminə keçməyi təmin edir.

 

"Predator XB323U GX" modelinin qiyməti barədə məlumat verilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024