Britaniyada kompüter nasazlığı 16 min “COVID-19” yoluxma faktını silib
Böyük Britaniya Milli Səhiyyə Xidmətində (National Health Service – NHS) kompüterdə baş verən nasazlığa görə 16 min “COVID-19” yoluxma faktı haqqında məlumatlar yoxa çıxıb. İnsident nəticəsində yoluxan şəxslərlə minlərlə potensial kontaktı izləmək mümkün olmayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, insident laboratoriya tədqiqatlarının nəticələrinin qeyd olunduğu “Excel” elektron cədvəli ilə bağlı olub. Belə ki, yerin bitməsi səbəbindən cədvəldə yenilənmələr dayanıb. Nəticədə sentyabrın 25-dən oktyabrın 2-dək qeydə alınan 15841 yoluxma faktı dövlət uçot cədvəlinə əlavə edilməyib.
Məlumat itkisi Böyük Britaniyada epidemiyanın miqyasının real mənzərəsini təhrif etməklə yanaşı, kritik vacib məlumatların kontaktların izlənilməsi vasitələrinə ötürülməməsinə və virusun təsirinə məruz qalan insanların izlənilməməsinə gətirib çıxarıb.
İnsidentlə əlaqədar Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok şəhər rəhbərlərinin iştirakı ilə təcili iclas keçirmək niyyətindədir.
Hazırda 16 min yoluxmanın nəzərə alınmamasına səbəb olan texniki problem “Excel” fayllarının hissələrə bölünməsi ilə həll olunub.
Nizam Nuriyev
Baxış sayı: 201
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet