12px13px15px17px
Tarix:07/10/20

“Huawei” əməliyyat sistemli ilk smartfonlar bəlli olub

“Huawei Mate 40” Çin şirkətinin “HarmonyOS” əməliyyat sistemi əsasında işləyən ilk smartfonu olacaq. Bu barədə “RPRNA” nəşrinin blogerlərə istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Huawei” şirkətinin “Android” sistemini əvəzləyəcək yeni əməliyyat sisteminin yayılması beş mərhələdə həyata keçiriləcək. Birinci mərhələ çərçivəsində “HarmonyOS” ilə “Kirin 9000” prosessorlu smartfonlar təchiz ediləcək. Bu çipə qabaqcıl “Huawei Mate 40” qurğusu malik olacaq. İkinci mərhələ çərçivəsində əməliyyat sistemi “P40” və “Mate 30” seriyalı smartfonların təchiz edildiyi “Kirin 990 5G” prosessorlu qurğulara quraşdırılacaq. Üçüncü mərhələ çərçivəsində “Kirin 990 4G”, “985” və “820” çipli qurğuların yeni əməliyyat sistemi ilə təchiz olunması nəzərdə tutulur.

 

Dördüncü mərhələdə “HarmonyOS” sistemi “Kirin 820” və “980” prosessorlu qurğulara, sonda isə “Kirin 810” və “710” prosessorlu qurğulara quraşdırılacaq. Bundan başqa, şirkətə məxsus “Honor” brendli bir neçə smartfonun “HarmonyOS” ilə təchiz ediləcəyi bildirilir.

 

Bir müddət əvvəl verilən məlumata görə, yeni əməliyyat sistemi ilə ilk dəfə “Huawei Smart Screen” televizorları təchiz ediləcək. Payızın əvvəlində Çin şirkətinin nümayəndələri bildirib ki, sentyabrın 9-da nümayiş olunan “HarmonyOS 2.0” sisteminin 200 milyon qurğuya quraşdırılması planlaşdırılır. Əməliyyat sisteminin beta versiyası 2021-ci ilin dekabrında “Huawei” smartfonlarına quraşdırılacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024