12px13px15px17px
Tarix:07/10/20

“Xiaomi Mi Watch Revolve” saatı satışa çıxarılıb

"Xiaomi" şirkəti Hindistanda "Xiaomi Mi Watch Revolve" "ağıllı" saatının satışlarına başlayıb. Tezliklə dünya bazarına da çıxarılacaq saat 46 mm ölçüdə olmaqla iki rəngdə (Midnight Black və Chrome Silver) təklif olunur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "ağıllı" saat bir düym üçün 326 piksel sıxlığına və maksimal 450 kandel/kvadratmetr parlaqlığa malik "AMOLED" ekranla təchiz edilib. Qurğu "Always-On-Display" daim qoşulmuş ekran funksiyasını dəstəkləyir.

 

Məlumata görə, saat ürək döyüntülərinin sayını və stress səviyyəsini izləməyə, yuxunun keyfiyyətinə və müddətinə nəzarət etməyə, eləcə də maksimum oksigen istehlakı (VO2 Max) göstəricisinə baxmağa imkan verir. "Xiaomi Mi Watch Revolve" 10 idman rejimini, real vaxt rejimində hava proqnozu yenilənməsini, müxtəlif tənəffüs hərəkətlərinin göstərilməsini dəstəkləyir. Saatın korpusu sukeçirməzdir (5 АТМ).

 

Tövsiyə olunan pərakəndə satış qiyməti 149 dollar təşkil edən "Xiaomi Mi Watch Revolve" saatı aktiv istifadədə 7 gün, qənaət rejimində 14 gün işləyir.

 

Nizam Nuriyev





Baxış sayı: 232

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024