İlk ucuz “iPhone” cihazı köhnəlmiş elan ediləcək
“Apple” şirkəti “iPhone 5c” smartfonunu köhnəlmiş qurğu elan edəcək. Bu barədə şirkətdə öz mənbələrinə istinadən “MacRumors” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, insayderlərin məlumatına görə, 2013-cü ildə təqdim edilmiş smartfon oktyabrın 31-də köhnəlmiş qurğular kateqoriyasına keçiriləcək. Həmçinin “Apple” şirkəti 2014-cü ilin ortalarında çıxarılmış 15 düymlük “MacBook Pro” qurğusunun dəstəyini dayandıracaq. Köhnəlmiş cihaz statusu onu göstərir ki, qurğu artıq şirkətin xidmət mərkəzlərində qəbul edilməyəcək, ancaq xidmət mərkəzi ehtiyat hissələr olduğu halda aparatı təmir edə bilər.
“iPhone 5c” şirkətin istehsal xəttində ilk ucuz smartfon olub. Ucuz cihaz 4 düymlük IPS displey, plastik korpus, “Apple A6” çipi, 1 QB əməli yaddaş, 8 meqapiksellik əsas kamera ilə təchiz edilib.
Xatırladaq ki, “Apple” şirkəti oktyabrın əvvəlində 7-ci nəsil “iPod nano” pleyerini köhnəlmiş elan etmişdi.
Emil Hüseynov
Baxış sayı: 269
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet