12px13px15px17px
Tarix:08/10/20

Ən kompakt səs paneli nümayiş olunub

“Dell” şirkəti kompüter monitorları ilə istifadə üçün nəzərdə tutulan “Slim Soundbar SB521A” səs panelini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, istehsalçı tərəfindən dünyada ən kompakt və ən yüngül səs paneli adlandırılan qurğunun ölçüsü 297,2 × 22,9 × 17,8 millimetr, çəkisi 114 qram təşkil edir. Fiksasiya üçün monitorun aşağı hissəsində maqnit bərkidici nəzərdə tutulub.

 

Çıxış gücü 36 vatta bərabər yeni qurğu səsgücləndirici ilə təchiz edilib. Tezlik diapazonları 180 Hs və 20 kHs arasında dəyişir.

 

Qoşulma “USB Type-A” konnektorlu kabel vasitəsilə həyata keçirilir. Səs paneli “Dell P2721Q”, “P3221D”, “P3421W” və “UltraSharp U2421E” kimi monitorlarla uyğunluq təşkil edir.

 

Qeyd etmək lazımdır ki, ekran altına bərkidilən səs paneli monitorun əyilməsini, döndərilməsini və hündürlüyünü tənzimləməyə mane olmur. Bundan başqa, ekranı altlıq imkan verdiyi halda albom şəklindən portret rejiminə keçirmək mümkündür.

 

İlkin sifariş üçün 55 dollara təklif olunan “Slim Soundbar SB521A” akustik sistemi qara rəngdə hazırlanıb. Səs paneli üçün şirkət tərəfindən üçillik zəmanət təqdim olunur.

 

Nizam Nuriyev





Baxış sayı: 197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024