Pandemiya rəqəmsal dünyaya keçidi sürətləndirib
Koronavirus pandemiyası rəqəmsallaşdırma prosesinin sürətlənməsinə gətirib çıxarıb: indi istehlakçılar daha çox onlayn alış-veriş edir, daha çox insan əsas informasiya və əyləncə mənbəyi kimi internetdən istifadə edir. Bu, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) mütəxəssisləri tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub. Mütəxəssislər Çin, Almaniya və Rusiya daxil olmaqla bir neçə ölkənin sakinləri arasında sorğu keçiriblər.
"ICTnews" Elektron Xəbər Xidməti "news.un.org" saytına istinadən yazır ki, koronavirus pandemiyası başlayandan internet üzərindən elektron və rəqəmsal məhsullar satın alanların sayı 10%, əczaçılıq malları, həmçinin bağçılıq alətləri üzrə bu göstərici 9%, mebel üzrə 8%, kosmetika və şəxsi gigiyena predmetləri üzrə 6% artıb. Onlayn kurslardan istifadə edən insanların sayı 8% yüksəlib.
"COVID-19 pandemiyası rəqəmsal dünyaya keçidi sürətləndirib. İndi baş verən dəyişikliklər uzunmüddətli nəticələrə səbəb olacaq" – UNCTAD-ın direktoru Mukisa Kituyi deyib.
Respondentlərin 50%-dən çoxu bildirib ki, onlar indi internet üzərindən daha çox məhsul və xidmətlər sifariş edirlər.
Onlayn alış-veriş üzrə ən böyük artım inkişaf etməkdə olan ölkələrdə qeydə alınıb. Elektron ticarət üzrə ən cüzi artım Almaniya və İsveçrədə qeydə alınıb, çünki bu ölkələrdə elektron ticarət pandemiyadan öncə də geniş yayılmışdı.
Eyni zamanda pandemiyanın səbəb olduğu iqtisadi böhran və işsizlik nəticəsində internetdə istehlak xərcləri azalıb. Ən çox turizm sektoruna zərər dəyib. İstehlakçılar səyahətə əvvəllər olduğundan 75% daha az xərcləyiblər.
Pandemiya zamanı onlayn kommunikasiyalar sahəsində "WhatsApp", "Instagram" və "Facebook Messenger" daha populyar olub. Lakin zamanla daha çox insan "Zoom" və "Microsoft Teams" xidmətlərindəki videozənglərə üstünlük verir.
Emil Hüseynov
Baxış sayı: 218
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet