12px13px15px17px
Tarix:12/10/20

“Microsoft” şirkəti daimi olaraq distant rejimdə işləməyə icazə verib

“Microsoft” korporasiyası bəzi əməkdaşlarına daimi olaraq distant rejimə keçməyə icazə verib. Bu barədə “Microsoft”un daxili rəhbərliyinə istinadən “The Verge” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, şirkət iş üzrə əlverişli qrafik hazırlayıb: əməkdaşlar iş həftəsinin 50%-dən az hissəsini evdən işləyə və ya menecerin icazəsilə tamamilə distant iş rejiminə keçə biləcəklər.

 

“Microsoft” şirkətinin rəsmisi bildirib ki, bəzi əməkdaşların distant iş rejiminə keçməsi çətin və ya qeyri-mümkündür. Məsələn, laboratoriya və ya məlumatların işlənməsi mərkəzlərində işləyən mütəxəssislər.

 

Evdən işləyən əməkdaşlar başqa ştat və ya ölkələrə köçə bilərlər, ancaq bunun üçün kompensasiya və bonuslar konkret köçmə yerindən asılı olacaq. “Microsoft” şirkəti daimi distant işçilər üçün “ev ofisi”nin xərclərini ödəyəcək, amma köçmə üçün xərcləri əməkdaş öz üzərinə götürür.

 

Emil Hüseynov





Baxış sayı: 221

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024