12px13px15px17px
Tarix:12/10/20

7 ölkə istifadəçilərin “WhatsApp” messencerindəki yazışmasına giriş üçün “Facebook”a müraciət edib

Yaponiya istifadəçilərin “WhatsApp” messencerindəki yazışmasına giriş üçün “Facebook”a müraciət etməkdən ötrü “Five Eyes” kəşfiyyat xidməti ittifaqına qoşulub. Bu, guya terrorizm və uşaq alveri ilə mübarizə üçün lazımdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, hazırda “Facebook” istifadəçi mesajlarının tərkibini şifrləyir. ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və Yeni Zelandiya, həmçinin Yaponiya və Hindistanın yer aldığı “Five Eyes” ittifaqının yaydığı bəyanatda şirkətin “Messenger” və “WhatsApp”da şifrləmə metodlarını dəyişdirməli olduğu vurğulanıb.

 

İttifaqın bəyanatında deyilir ki, istifadəçilərin məxfiliyinin qorunmasının vacibliyini başa düşürlər, amma “Facebook” məxfilik və təhlükəsizliyin qorunması arasında balans tapmalıdır. Yeddi ölkə şirkətin fövqəladə vəziyyət vaxtı mesajların oxunmasına imkan verəcək yeni alət istifadəyə verəcəyini gözləyir.

 

Emil Hüseynov





Baxış sayı: 253

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024