Pentaqon “5G” rabitə texnologiyaları sahəsindəki araşdırmalara 600 milyon dollar ayırıb
ABŞ Müdafiə Nazirliyi beşinci nəsil (5G) rabitə avadanlığının araşdırılması və sınaqdan keçirilməsinə 600 milyon dollar məbləğində qrant ayrılmasını elan edib. Bu haqda Müdafiə Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, Pentaqonun məlumatına görə, araşdırmalar "nazirliyin 5G texnologiyaları sahəsində imkanlarının genişləndirilməsi" üçün nəzərdə tutulub. Söhbət bu rabitə formatının məlumat saxlama sistemlərinin işində sınaqdan keçirilməsindən, həmçinin silahlı qüvvələr üzərində komandanlıq və nəzarətin həyata keçirilməsi üzrə tətbiqi haqqında gedir. Bundan başqa, Pentaqon bu və ya digər tapşırıqlara hazırlığın planlaşdırılması və keçirilməsində “5G” rabitə və artırılmış reallıq texnologiyalarının tətbiqilə bağlı araşdırmalar keçirmək niyyətindədir.
Pentaqonun bəyanatında deyilir ki, “5G” texnologiyaları "ABŞ ordusunun döyüş qabiliyyətini gücləndirəcək, həmçinin rəqabət qabiliyyətini yüksəldəcək".
Emil Hüseynov
Baxış sayı: 215
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet