“Samsung” ucuz “5G” smartfonunu təqdim edib
“Samsung” şirkəti 5-ci nəsil yüksəksürətli şəbəkələrə qoşulma imkanına malik ən ucuz smartfonunu təqdim edib. Böyük Britaniyada “Galaxy A42 5G” smartfonunun qiyməti 349 funt-sterlinq təşkil edəcək ki, bu da “Galaxy A51 5G”nin qiymətindən 80 funt daha ucuzdur.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Galaxy A42 5G” smartfonu “Snapdragon 750G” prosessoru, 20 meqapiksellik selfi kamera üçün kəsiyə malik 6,6 düymlük OLED displey, daxili barmaq izləri skaneri, 4-8 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib.
Yeni smartfon 4 kamera ilə təchiz edilib: 48 mp-lik əsas, 8 mp-lik genişbucaqlı, 5 mp-lik makroobyektiv və portret çəkilişi üçün 5 mp-lik dərinlik sensoru. Akkumulyatorun tutumu 5000 milliamper/saatdır.
“Galaxy A42 5G” smartfonu noyabrın 6-da Böyük Britaniyada satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 217
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet