12px13px15px17px
Tarix:13/10/20

“Lenovo Yoga Slim 7i Carbon” noutbuku “QHD” ekranla təchiz edilib

"Lenovo" şirkəti "Windows 10 Home" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Yoga Slim 7i Carbon" portativ kompüterini rəsmən təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, gözləntilərin əksinə olaraq ekranlı qapağı 360 dərəcə döndərmək qeyri-mümkündür – açılış bucağı 180 dərəcə təşkil edir. 13,3 düym diaqonallı displey "QHD" (2560 × 1600 piksel) təsvir ölçüsünə malikdir. "NTSC" rəng məkanı 72 faizi, "sRGB" rəng məkanı 100 faiz əhatə olunur. Ekran qapaq səthinin 91 faizini əhatə edir.

 

Portativ kompüter quraşdırılmış "Iris Xe" qrafikasına malik "Core i7" (on birinci nəsil) seriyalı "Intel Tiger Lake" prosessoru ilə təchiz edilib. "LPDDR4X" operativ yaddaş tutumu 16 giqabayta bərabərdir. Məlumatların saxlanılması 1 terabayt tutumlu "M.2 PCIe SSD" bərkcisimli toplayıcısı tərəfindən təmin olunur.

 

Yeni qurğunun korpusu maqnezium ərintisi və karbon lifindən hazırlanıb. Bunun sayəsində 1 kiloqrama yaxın çəki təmin edilir. Qabaritlər 296,9 × 208,55 × 13,9-14,9 millimetr təşkil edir.

 

Noutbuk "Intel 2x2 802.11ax Wi-Fi 6" və "Bluetooth 5.0" simsiz rabitə adapterlərinə, 2 vatlıq dinamiklə təchiz edilən "Harman Kardon" audiosisteminə, işıqlı klaviaturaya, "USB 3.0 Gen1 Type-C" və "Thunderbolt 4" portlarına malikdir.

 

Ağ rəngdə olan "Lenovo Yoga Slim 7i Carbon" noutbukunun qiyməti barədə məlumat verilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 May 2024

09 05 2024