12px13px15px17px
Tarix:13/10/20

“Redmi Smart TV A65” televizoru buraxılıb

"Xiaomi" şirkəti "HDR" dəstəkli "4K" ekran və 60 giqahers yeniləmə tezliyi ilə təchiz edilən "Redmi" brendli "Smart TV A65" televizorunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, 65 düym diaqonallı panel "4К" (3840 × 2160 piksel) formatına uyğundur. Qurğu dörd tərəfdən nazik çərçivə ilə əhatə olunub.

 

Televizor 1,5 giqahers tezliyində işləyən dörd hesablama nüvəsinə malik "MediaTek MT9632" prosessoru ilə təchiz edilib. Çipin tərkibinə "ARM Mali-G52 3EE MC1" qrafik sürətləndiricisi daxildir.

 

Yeni qurğu 1,5 giqabaytlıq operativ, 8 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. İnterfeyslər dəstinə "HDMI" və "USB" çıxışları, "Ethernet" şəbəkə kabeli üçün çıxış, standart audioçıxışlar və "S/PDIF" portu daxildir.

 

Həmçinin "Wi-Fi" simsiz rabitə adapteri, qoşadinamikli və "DTS" dəstəkli audiosistem mövcuddur.

 

Proqram platforması qismində istifadəçi interfeysinə malik "Android" əməliyyat sistemindən istifadə olunur.

 

390 dollara təklif olunan "Redmi Smart TV A65" televizoru üçün artıq ilkin sifarişlərin qəbuluna başlanılıb.

 

Nizam Nuriyev





Baxış sayı: 227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 May 2024

09 05 2024