12px13px15px17px
Tarix:14/10/20

“Böyük yeddilik” ölkələri “Facebook” kriptovalyutasının buraxılışının əleyhinədir

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın maliyyə nazirləri “Facebook” şirkəti tərəfindən həyata keçirilən “Libra” rəqəmli valyutası layihəsinin əleyhinə çıxış etməyə hazırlaşırlar. Onların birgə bəyanatının layihəsində qeyd olunur ki, belə kriptovalyutalar xüsusi tənzimləmə tələb edir, onların mövcud olmaması isə pulların “yuyulması”na və terrorizmin maliyyələşdirilməsinə səbəb ola bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, sənədə görə, rəqəmli valyuta ilə ödənişlər maliyyə xidmətlərindən istifadəni sadələşdirə və xərcləri azalda bilər, lakin maliyyə sabitliyi, istehlakçı hüquqlarının müdafiəsi, kibertəhlükəsizlik, eləcə də məxfiliyin təmini üçün belə əməliyyatlar üzərində nəzarət lazımdır. “Libra” kimi qlobal kriptovalyutalar üzrə tənzimləmənin olmaması hüquqi müəyyənliyi pozar və bazarın hüquqi bütövlüyünü təhlükə altında qoyar.

 

“Böyük yeddilik”in (G7) maliyyə nazirlərinin bəyanatında vurğulanır ki, bütün qlobal kriptovalyuta layihələri hüquqi, normativ və nəzarət tələblərinə tam cavab verdikdən sonra həyata keçirilməlidir.

 

“Facebook” şirkəti “Libra” kriptovalyutasını 2019-cu ilin yayında rəsmən təqdim edib. Layihə dünyanın bütün maliyyə tənzimləyici orqanları tərəfindən kəskin tənqid olunub. Məsələn, ABŞ hakimiyyəti müvafiq məsələlərlə bağlı hüquqi müəyyənlik yaradılanadək işləmələri dayandırmağı tələb edib. Tənzimləyici orqanların təzyiqi nəticəsində sosial şəbəkə vahid rəqəmli valyutanın hazırlanması ilə bağlı planlardan imtina edərək bunun əvəzinə məzənnəsi müəyyən milli valyutaya bağlı olacaq bir neçə kriptovalyuta təqdim etmək qərarına gəlib.

 

Nizam Nuriyev





Baxış sayı: 223

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024