12px13px15px17px
Tarix:15/10/20

“Microsoft” korporasiyası “Windows XP” üçün “Office 2010” paketinin dəstəyini dayandırıb

“Microsoft” korporasiyası oktyabrın 13-də “Windows XP” əməliyyat sistemi üçün “Office 2010” paketinin dəstəyini dayandırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ABŞ korporasiyası hələ iki həftə bundan əvvəl istifadəçilərə “Office 2010”-dan yeni “Office 2019” paketinə keçməyin vacibliyi haqqında xəbərdarlıq etmişdi. Şirkət son 10 ildə “Office 2010” paketini dəstəkləyib, amma indi dəyişiklik vaxtı gəlib.

 

“Microsoft”, həmçinin “Mac” əməliyyat sistemi üçün “Office 2010” və “Office 2016” paketlərinin dəstəyini dayandırıb. Bu o deməkdir ki, şirkət daha bu məhsullar üçün texniki dəstək göstərməyəcək, səhvləri aradan qaldırmayacaq və təhlükəsizlik yeniləmələri çıxarmayacaq. Həmin proqram təminatlarından istifadə etməyə davam edən istifadəçilər təhlükə ilə qarşılaşa bilərlər.

 

Qeyd etmək lazımdır ki, 2010-cu ildən sonra çıxarılmış “Office” versiyaları “Windows XP” sistemini dəstəkləmir. Analitiklərin məlumatına görə, dünyada milyonlarla istifadəçi sözügedən əməliyyat sistemindən istifadəyə davam edirlər.

 

Emil Hüseynov





Baxış sayı: 206

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 May 2024

07 05 2024