ABŞ ordusu dəqiq zərbələrin endirilməsi üçün süni intellektdən istifadə edəcək
“C4ISRNET” nəşrində dərc olunan məqalədə ABŞ ordusuna şərti düşmənin mövqelərinə dəqiq zərbələrin endirilməsi üçün peyk və süni intellektdən istifadəyə imkan verən “Project Convergence” alqoritmi haqqında danışılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, aşağıorbitli peyklər döyüş meydanından görüntülərin əldə olunması üçün istifadə edilir. Müvafiq məlumatlar “Tactical Intelligence Targeting Access Node” (TITAN) yerüstü data mərkəzinə daxil olduqdan sonra orada qarşı tərəfin obyektlərinin yerləşdiyi yeri müəyyənləşdirən “Prometheus” süni intellekt sistemi tərəfindən emal edilir. Sonra həmin koordinatlar komanda məntəqəsinə ötürülərək “Tactical Assault Kit” sistemi tərəfindən emal olunur.
Məlumata görə, sistem düşmən obyektinə zərbənin endirilməsi üçün hansı silahın lazım olduğunu müəyyənləşdirə bilir. “Operator tövsiyələri razılaşdırır və tuşlama haqqında məlumatlar zərbənin endirilməsi üçün silah sisteminə və ya hərbi qulluqçuya göndərilir”, – məqalədə qeyd olunur.
Proses çətin görünməsinə baxmayaraq bütün əməliyyatlar bir göz qırpımında yerinə yetirilir.
Nizam Nuriyev
Baxış sayı: 220
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet