12px13px15px17px
Tarix:16/10/20

“Nvidia” çipləri süni intellektli ən sürətli superkompüterə quraşdırılacaq

Süni intellekt sahəsində tədqiqatlar üçün dünyanın ən sürətli “Leonardo” superkompüterinin əsasını “Nvidia” qrafik prosessorları təşkil edəcək. Onun FP16 tipli hesablamalarda ümumi gücü 10 ekzaflopsa çatacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, sistem “Nvidia Ampere” arxitekturalı 14 mindən çox sürətləndirici ilə təchiz ediləcək. Layihə İtaliyanın “CINECA” universitet konsorsiumu tərəfindən həyata keçiriləcək.

 

Məlumata görə, “Leonardo” Avropanın yüksək məhsuldarlıqlı hesablama imkanlarının inkişafı üzrə təşəbbüs çərçivəsində regionda quraşdırılacaq dörd yeni superkompüterdən biri olacaq. Klasterin digər elementləri Lüksemburq, Sloveniya və Çexiyada yerləşəcək. “Nvidia” çipləri ilə yanaşı, bu sistemlər bir-biri ilə əlaqə üçün “Mellanox HDR InfiniBand” şəbəkə kommutatorlarından istifadə edəcək.

 

Superkompüterlərin süni intellektlə əlaqədar bütün növ hesablamalara cəlb edilməsi nəzərdə tutulur. Məsələn, onların genomların ardıcıllığının müəyyənləşdirilməsi, yeni terapiya üsullarının kəşfi, hava şəraitinin modelləşdirilməsi və kosmosun tədqiqi üçün tətbiqi planlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 212

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024