“Windows 10” istifadəçilərin icazəsi olmadan kompüterə proqramlar quraşdırır
"Windows 10" sisteminin idarəetməsi altında işləyən kompüterlərin sahibləri sistemdə onlar tərəfindən yüklənilməyən proqramlar olduğuna görə kütləvi şikayət ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "The Verge", "ZDNet" və "Windows Latest" daxil olmaqla bir neçə onlayn nəşr bu barədə "Microsoft" şirkətinə şikayət ediblər. Şirkət istifadəçilərdən xəbərsiz "Windows 10" sisteminin idarəetməsi altında işləyən kompüterlərə "Office Web" proqramını quraşdırmağa başlayıb.
"Office Web" – bu, "Edge" brauzerində "Microsoft"un ofis paketinin sürətli işə salınması üçün proqramlar dəstidir. Əvvəllər bu yarlıklar könüllü quraşdırılırdı, indi isə şirkət onları "Windows 10" sistemi ilə işləyən bütün kompüterlərə quraşdırmağa qərar verib.
"Microsoft" hələ ki bu barədə şərh verməyib.
Emil Hüseynov
Baxış sayı: 311
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)