Növbəti qabaqcıl “Samsung” smartfonu məlum olub
Növbəti qabaqcıl "Samsung" smartfonu "Galaxy S21" adlanacaq. Bu barədə "PhoneArena" nəşrinin məşhur "OnLeaks" blogerinin hesabatına istinadən məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, açıqlanan informasiya əsasında gələcək qurğunun üçölçülü modelini yaradan blogerin sözlərinə görə, Cənubi Koreya şirkətinin smartfonunun xarici görünüşü yenilənəcək. Smartfonun arxa panelinə üç obyektivə malik kamera quraşdırılacaq. Bundan əlavə, sensorlu blok qurğunun metal çərçivəsi ilə vahid bütövlük təşkil edəcək. Jurnalistlər qeyd edib ki, əvvəllər "Samsung" qurğularında belə dizayndan istifadə edilməyib. 2020-2021-ci il seriyalı smartfonların əsas versiyaları analoji qabaritlərə malik olacaq.
Smartfonun şəkillərində qabaqcıl modelin aşağı hissəsində yerləşən dinamik və "USB-C" portunu görmək mümkündür. İşəsalma və səs ucalığını tənzimləyən düymələr qurğunun sağ tərəfində yerləşir. Mənbələrin məlumatına görə, regiondan asılı olaraq "Galaxy S21" modeli "Snapdragon 875" və "Exynos 1000" və ya "Exynos 2100" prosessorları ilə buraxılacaq. Yeni çiplər və üçlü kamera ilə yanaşı, smartfon 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş, "5G" dəstəyi, 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək.
Məlumata görə, qabaqcıl modelin əsas versiyası ilə yanaşı, seriyaya "Galaxy S21 " və "Galaxy S21 Ultra" qurğuları daxil olacaq. Smartfonların nümayişi yanvara (həmişəkindən bir ay əvvəl) planlaşdırılır. Jurnalistlərin fikrincə, şirkəti qurğuları satışa fevralda çıxararaq mövsümi rəqabətin olmamasından istifadə edəcək.
Qeyd edək ki, "Samsung Galaxy S" seriyalı aktual smartfonlar fevralın 11-də təqdim olunub. Seriyaya "Galaxy S20", "S20 " və "S20 Ultra" qurğuları daxil olub. Bütün qurğular "Snapdragon 865" və "Exynos 990" çipləri, "Dynamic AMOLED" ekranı, "5G" dəstəyi və "One UI 2" proqram təminatlı "Android 10" əməliyyat sistemi ilə təchiz edilib.
Nizam Nuriyev
Baxış sayı: 264
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet