“Facebook” bir dildən başqa dilə birbaşa tərcümə etməyi öyrənib
"Facebook" bir dildən başqa dilə birbaşa tərcümə etməyə imkan verən yeni maşın tərcümə sisteminin hazırlanmasını elan edib. Məlumata görə, gündəlik yalnız "xronikada" avtomatik tərcümə funksiyasından 20 milyard dəfədən çox istifadə edilir.
"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, bundan əvvəl "Facebook" ingilis dilindən vasitəçi kimi istifadə edirdi, yəni ki Çin dilində yazılmış cümlə əvvəlcə ingilis dilinə, daha sonra isə rus dilinə tərcümə edilirdi ki, bu da tərcümənin ümumi dəqiqliyini aşağı salırdı.
Şirkətdən verilən məlumata əsasən, yeni "M2M-100" sistemi 100 dildə birbaşa ikitərəfli tərcümə etməyə imkan verən ilk çoxdilli maşın tərcümə modelidir.
"M2M-100" sisteminin öyrədilməsi üçün 7,5 milyard cümlədən çox böyük məlumat həcmi toplanılıb. Mətnlər həm "Facebook", həm də internetdən götürülüb.
Emil Hüseynov
Baxış sayı: 254
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet