12px13px15px17px
Tarix:20/10/20

“ZTE” şirkəti “5G” dəstəkli televizor qurğusu təqdim edib

Çinin "ZTE" telekommunikasiya avadanlığı istehsalçısı "China Unicom" operatoru ilə birlikdə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk çoxfunksiyalı televizor qurğusunu nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qurğu lakonik qara korpusda hazırlanıb. Xüsusi altlıq yeni qurğunu vertikal şəkildə yerləşdirməyə imkan verir.

 

Məlumata görə, həll televizor qurğusu, giqabit sinifli şəbəkə şlüzü və marşrutlayıcı imkanlarını birləşdirir. "5G" mobil rabitə şəbəkəsinə qoşulan qurğu evi "Wi-Fi" texnologiyası əsasında yüksəksürətli internetlə təmin edir.

 

Yeni qurğu ultratəsvir ölçülü videomaterialların dekodlaşdırılması imkanına malik məhsuldar prosessorla təchiz olunub. Televizor panelinə qoşulma üçün "HDMI" interfeysi nəzərdə tutulub. Bundan başqa, digər çıxışlar, o cümlədən "USB" mövcuddur.

 

Texniki xüsusiyyətlər, eləcə də qurğunun kommersiya bazarına çıxarılma müddəti barədə məlumat verilmir.

 

Qeyd edək ki, dünya miqyasında "5G" şəbəkə istifadəçilərinin sayı sürətlə artır. Belə ki, bu ilin ikinci rübü ərzində onların sayı iki dəfə artaraq 137,7 milyon abunəçiyə çatıb. Bu, qlobal mobil rabitə bazarının həcminin təxminən 1,5 faizinə bərabərdir.

 

Nizam Nuriyev





Baxış sayı: 254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024