12px13px15px17px
Tarix:20/10/20

“WhatsApp” masaüstü kompüterlər üçün videozəng funksiyasını sınaqdan keçirir

"WABetaInfo" insayder resursunun məlumatına görə, populyar messencerin tərtibatçıları messencerin masaüstü versiyası üçün səsli və videozəng funksiyasını sınaqdan keçirir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, dərc edilmiş ekran görüntülərinə əsasən, müvafiq funksiyalar artıq beta sınaq mərhələsindədir. Ekran görüntülərinə əsasən, zəng daxil olduqda kompüterin ekranında cavab vermək və ya imtina etmək kimi seçimlərdən ibarət üzə çıxan pəncərə yaranır.

 

Həmçinin "WABetaInfo" resursunun məlumatına görə, tərtibatçılar messencerin veb-versiyası üçün qrup halında səsli və videozəng xidməti hazırlayırlar. Daha əvvəl bu funksionallıq messencerin "iOS" və "Android" üçün versiyalarında əlçatan olub. Messencerin tərtibatçıları masaüstü kompüterlər üçün müvafiq funksionallığın çıxarılma tarixini açıqlamayıblar.

 

Emil Hüseynov





Baxış sayı: 284

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024