12px13px15px17px
Tarix:21/10/20

“Microsoft Defender” “Windows 10” sistemi üçün on ən yaxşı antivirusdan biri seçilib

“AV-Test” müstəqil tədqiqat şirkəti “Windows 10” platforması üçün ən effektiv antivirus proqramlarının yeni reytinqini dərc edib. Mütəxəssislər “Microsoft Defender” antivirusunu ƏS-nin qorunması üçün ən effektiv variantlardan biri adlandırıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, qərargahı Almaniyada yerləşən şirkətin mütəxəssisləri “Windows” əməliyyat sistemi üçün antivirus məhsullarını mütəmadi olaraq qiymətləndirirlər. Sınaqlar zamanı üç əsas amil nəzərə alınır: məhsuldarlıq, qoruma səviyyəsi və istifadə rahatlığı. Bu il “Microsoft Defender” hər üç kateqoriya üzrə ən yüksək bal toplamağa nail olub.

 

Mütəxəssislərin hesabatı 2020-ci ilin iyulundan avqust ayınadək olan məlumatları əhatə edir. Sınaqların nəticələrinə əsasən, “Microsoft”un proqram təminatı bütün kateqoriyalar üzrə “Kaspersky Internet Security”, “Norton 360” və “Avira Antivirus Pro” kimi tanınmış rəqib proqram təminatları ilə eyni səviyyədə olub.

 

“Microsoft Defender” antivirus proqram təminatının əsas üstünlüklərindən biri odur ki, o, əməliyyat sisteminin tərkibinə daxildir və lisenziyanın dövri uzadılmasını tələb etmir, həmçinin ödənişli məhsullar kimi eyni funksionallıq təklif edir.

 

Emil Hüseynov





Baxış sayı: 324

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024