12px13px15px17px
Tarix:22/10/20

“Facebook” Avropada tanışlıq üçün servis istifadəyə verib

Eyniadlı sosial şəbəkənin məxsus olduğu “Facebook” şirkəti Avropanın 32 ölkəsində “Dating” tanışlıq servisini istifadəyə verib. Bu barədə şirkətin yaydığı bəyanatda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, bəyanatda deyilir: “Bu gün biz Avropada çoxsaylı insana ümumi maraqlar, tədbirlər və qruplar vasitəsilə vacib əlaqələr yaratmasına kömək üçün “Facebook Dating” servisini istifadəyə veririk”. Şirkət nümayəndələrinin sözlərinə görə, tanışlıq üçün platformadan Avstriya, Belçika, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Xorvatiya, Macarıstan, İrlandiya, İtaliya və digər Avropa dövlətlərində istifadə mümkün olacaq.

 

Qeyd olunur ki, proqramın yaradılması zamanı tərtibatçılar məhsuldan istifadə zamanı istifadəçi məlumatlarının təhlükəsizlik və məxfilik prinsiplərinin təmin edilməsini rəhbər tutublar.

 

Məlumata görə, hazırda servisdən digər 20 ölkənin sakinləri istifadə edirlər. Orada sentyabrdan ümumilikdə 1,5 milyarddan çox cütlüyün tanışlığı qeydə alınıb.

 

“Facebook Dating” servisi ötən ilin sentyabrında ABŞ-da istifadəyə verilib. İstənilən sosial şəbəkə istifadəçisi proqrama qoşularaq öz profilini yarada və ümumi maraq və üstünlüklər əsasında insanların siyahısını müəyyənləşdirə bilər. Fevralda şirkət Dublin ofisində aparılan axtarışlarla əlaqədar platformanın Avropada istifadəyə verilməsinin dayandırılmasını bəyan edib. ABŞ-ın “CNN” telekanalı proqramın fevralın 13-də işə salınacağı barədə məlumat vermişdi.

 

Nizam Nuriyev





Baxış sayı: 222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024