12px13px15px17px
Tarix:22/10/20

“PayPal” kriptovalyuta ilə əməliyyatlar aparmağa imkan verəcək

“PayPal” istifadəçilərə kriptovalyuta ilə əməliyyatlar aparmağa imkan verəcək. Ancaq xidmətdən xəbərdarlıq edilib ki, vəsaitin köçürülməsi daha uzun vaxt ala bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, 26 oktyabrdan etibarən ABŞ-da “PayPal”ın istifadəçiləri platformada bitkoin və başqa rəqəmli valyutaları rəsmən ala və sata biləcəklər. Xidmətdən bildirilib ki, “PayPal” ilə əməkdaşlıq edən 26 milyondan çox meydançada məhsulların ödənişi üçün kriptovalyutadan istifadə etmək mümkün olacaq.

 

Şirkət, həmçinin istifadəçilərə kriptovalyutanın, rəqəmli valyuta ekosistemlərinin, risklərin necə işlədiyini başa düşməyə kömək edəcək materiallar dərc edəcək. Şirkət ilin sonunadək kriptovalyutanın alınması və satılması üçün istifadəçilərə göstərilən xidmətə görə ödəniş tələb etməyəcək.

 

“PayPal”, həmçinin 2021-ci ilin birinci yarısında ona məxsus “Venmo” platformasında da kriptovalyutadan istifadə etməyə başlamağı planlaşdırır.

 

Emil Hüseynov





Baxış sayı: 201

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024