12px13px15px17px
Tarix:22/10/20

Dünyada mobil qurğu və internet istifadəçilərinin sayı nə qədərdir?

“We Are Social” təşkilatı “Hootsuite” şirkəti ilə əməkdaşlıqda “Digital 2020 October Global Statshot Report” hesabatını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, hesabata görə, dünyada 4,14 milyard insan ayda ən azı bir dəfə bu və ya digər sosial media resursundan istifadə edir. Hər gün orta hesabla 2 milyon yeni istifadəçi bu resurslara qoşulur. Bu göstərici ilk dəfə 4 milyardlıq səviyyəni cari rübdə üstələyib.

 

Həmçinin hesabatda müqayisə üçün qeyd olunur ki, hazırda Yer kürəsi əhalisinin sayı 7,81 milyard nəfər təşkil edir. Beləliklə, oktyabrda sosial şəbəkələrin nüfuzetmə səviyyəsi 53 faizə çatıb.

 

Mobil telefon istifadəçilərinin sayı 5,2 milyard, internet istifadəçilərinin 4,6 milyard olub. Bu, Yer kürəsi əhalisinin müvafiq olaraq 67 və 60 faizinə bərabərdir.

 

Nizam Nuriyev





Baxış sayı: 203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024