12px13px15px17px
Tarix:22/10/20

Ucuz “ZTE V2020 5G” smartfonu təqdim edilib

“ZTE” şirkəti tərəfindən təqdim edilmiş “ZTE V2020 5G” smartfonu brendin beşinci nəsil şəbəkələrini dəstəkləyən ən ucuz qurğusu olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfonun 2340x1080 piksel təsvir ölçülü 6,53 düymlük IPS ekran sol yuxarı küncdə yerləşdirilmiş 16 meqapiksellik kamera ilə təchiz edilib.

 

Aparat “MediaTek Dimensity 800” prosessoru, 8 QB LPDDR4X əməli yaddaşı ilə təchiz edilib. “MicroSD” yaddaş kartı vasitəsilə artırıla bilən daxili daşıyıcının tutumu 128 QB təşkil edir. Yeni smartfonun arxa tərəfində 48, 8, 2 və 2 meqapiksellik sensorlardan ibarət əsas kamera bloku yerləşib. Orada, həmçinin barmaq izləri skaneri var. Smartfon 4000 milliamper/saat tutumlu akkumulyatora malikdir.

 

Emil Hüseynov





Baxış sayı: 192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024