“Mini LED” ekranlı “Xiaomi “Mi TV LUX Pro 8K 5G” televizoru satışa çıxarılıb
Çində 82 düym diaqonallı “Xiaomi Mi TV LUX Ultra 8K 5G” televizoru 7500 dollara satışa çıxarılıb. Eyni qurğunun “4K” formatlı versiyası üçün ilkin sifarişlər 1500 dollara qəbul olunur. Nisbətən ucuz model – 82 düym diaqonallı “Mi TV LUX 4K” noyabrda satışa çıxarılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “Mi TV LUX Pro 8K 5G” şirkətin 120 giqahers yeniləmə tezliyi və “5G” qoşulma imkanı ilə təchiz edilən “8K” təsvir ölçülü 82 düymlük “Mini LED” ekranlı ilk televizorudur. Şirkət nümayəndələrinin sözlərinə görə, televizor 2 min kandel/kvadratmetr parlaqlıq və 400 000:1 nisbətli kontrastlıq təklif edir. Həmçinin bildirilir ki, “Xiaomi” televizorunun ekran paneli 960 lokal tündləşdirmə zonasına malikdir. Bundan başqa, ekran “P3” rəng məkanının 98 faizini əhatə edir.
Qurğu 60 giqahers olmaqla 7680 х 4320 piksel təsvir ölçülü videonun göstərilməsini və 1080p, 2K və 4K təsvir ölçülü kontentin “8K” formatınadək miqyaslanması zamanı görüntünün yaxşılaşdırılması texnologiyasını dəstəkləyir. Bundan əlavə, “Dolby Vision”, “HDR10”, “HDR10 ” və “HLG” texnologiyalarını dəstəkləyən televizor aşağı yubanma və səs-küyün azaldılması alqoritminə malikdir.
Yeni qurğu 4 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşa malik dördnüvəli “SoC Novatek” prosessoru, eləcə də “5G” modemi ilə təchiz edilib. Televizor “MIUI” əməliyyat sisteminin xüsusi versiyasının idarəetməsi ilə işləyir. O, yan tərəflərdə yerləşən 60 vatt gücündə siyirmə səs paneli, “Doby Atmos” və “DTS-HD” texnologiyalarının dəstəyi ilə təchiz edilib. Bundan başqa, səsli komandaların tanınması və videozənglər üçün dörd mikrofon mövcuddur.
Televizor əsasən yeni “Sony PlayStation 5” və “Microsoft Xbox Series X” oyun qurğuları istifadəçiləri üçün nəzərdə tutulub.
Nizam Nuriyev
Baxış sayı: 205
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet