12px13px15px17px
Tarix:23/10/20

“WhatsApp” birbaşa çatda alış-veriş etməyə imkan verəcək

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri kiçik biznes üçün imkanların genişləndirilməsini elan edib. Brendin nümayəndələri ilə yazışma zamanı istifadəçilər məhsul və xidmətlərin kataloqlarını istəyə, məsləhət ala və birbaşa çatda alış-veriş edə biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, "bu, pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin ağırlığını öz üzərinə götürən kiçik biznesi olan bir çox şirkətlərə kömək edəcək" – xidmətin rəsmi bloqunda deyilir.

 

Müəssisələr məhsul çeşidi ilə tanış olmaq üçün linklər göndərə, müştərilər isə məhsulları səbətə əlavə edə və messencerdən çıxmadan sifarişi rəsmiləşdirə biləcəklər.

 

Çox güman ki alış-verişin ödənişi üçün “Facebook Pay” ödəniş xidmətindən istifadə olunacaq.

 

Emil Hüseynov





Baxış sayı: 209

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024