Ramin Quluzadə İran İslam Respublikasının səfirinə Ermənistanın təcavüzkar siyasəti barədə danışıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib.
Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Ramin Quluzadə 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsini diqqətə çatdırıb. Bu münasibətlə İran dövlətini və xalqını təbrik edib. Öz növbəsində səfir Seyid Abbas Musəvi də Azərbaycan xalqına təbriklərini çatdırıb.
Nazir, həmçinin səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları, təcavüzkar siyasəti, mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi hərbi və müharibə cinayətləri barədə məlumat verib.
Görüşdə iki ölkə arasında nəqliyyat, İKT və poçt sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Baxış sayı: 209
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet