“Google” süni intellekt texnologiyaları sərhəddə sifətin tanınması üçün istifadə ediləcək
“Google” süni intellekt texnologiyaları ABŞ və Meksika arasında sərhəddə insanların sifətinin tanınması üçün tətbiq ediləcək. Bu barədə federal kontrakta aid sənədlərdə deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “The Intercept” nəşrinin məlumatına görə, bu ilin avqustunda ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti (Customs and Border Protection, CBP) “INVNT” kimi tanınan “CBP Innovation Team” bölməsi tərəfindən hazırlanan süni intellektdən istifadənin sadələşdirilməsi məqsədilə “Google Cloud” texnologiyasının tətbiqi ilə bağlı təklifi qəbul edib. Bölmə, həmçinin ABŞ və Meksika arasında müşahidə qüllələri və dronları birləşdirməklə ərazini ölkəyə icazəsiz girişi aşkarlayan sensorlarla əhatə olunmuş yeni “virtual” divarın yaradılması üzərində çalışır.
“Anduril Industries” şirkəti tərəfindən idarə olunan avtonom müşahidə qüllələri ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti üçün maraq doğuran obyektlərin – insanların və ya nəqliyyatın identifikasiyası məqsədilə sutkalıq müşahidəni təmin edir. Sistem sərhədə yaxınlaşan və ya keçmək istəyən obyektləri dərhal identifikasiya edərək onların olduğu yeri xidmət əməkdaşlarına ötürür.
Sənədlərə görə, ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti üçün “Google” texnologiyası “Anduril Industries” layihəsi – müdafiə texnologiyaları sahəsində startapla birgə istifadə ediləcək. Texnoloji nəhəngin xidmətlə əməkdaşlığı isə “Thundercat Technology” federal podratçısı vasitəsilə həyata keçiriləcək.
Nizam Nuriyev
Baxış sayı: 269
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet