Tarix:26/10/20
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, qiyməti 1300 dollardan başlayan “Acer ConceptD 300” kompüteri üçölçülü modellər və animasiyalarla işləyənlər üçün nəzərdə tutulub. O, iki konfiqurasiyada təklif olunur. Onların birinə 10-cu nəsil “Intel Core i5” prosessoru, digərinə “Core i7” daxildir. Həmçinin “Nvidia Quadro P2200”, “RTX 2070 Super” və “RTX 3070” videokartları nəzərdə tutulub.
Kompüterə 64 giqabaytlıq “DDR4” operativ yaddaşı, 4 terabaytlıq sərt disk və 1 terabaytlıq “SSD” toplayıcısı quraşdırmaq mümkündür. “Wi-Fi 6” və “Bluetooth 5.1” modullarını dəstəkləyən qurğu bir “PCIe x16” çıxışına və iki “M.2” genişləndirmə slotuna malikdir. Kompüter “Windows 10 Pro” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
“Acer ConceptD 7” və “7 Pro” oxşar texniki xüsusiyyətlərə malikdir. Kiçik versiya “Nvidia RTX 2080 Super Max-Q”, böyük versiya “Quadro RTX 5000 Max-Q” və ya “Quadro RTX 3000” videokartları ilə təchiz olunub. Hər iki qurğu 400 kandel/kvadratmetr parlaqlıqlı “4K” təsvir ölçülü 15,6 düym diaqonallı “IPS” ekrana malikdir. O, “Adobe RGB” rəng məkanını 100 faiz əhatə edir və “Delta E<2” dəqiqliyinə malikdir. Prosessor qismində “Core i5-10300H”, “Core i7-10750H” və “10875H” çıxış edə bilər. Onların çəkisi təxminən 2,1 kiloqramdır.
Noutbuklar 32 giqabaytlıq operativ, 2 terabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Bundan əlavə, “Wi-Fi 6”, “DTS X: Ultra Audio” dəstəyi, “Thunderbolt 3” çıxışı mövcuddur. Təkrar enerji toplamadan avtonom iş vaxtı 7 saat təşkil edir. Noutbukların qiyməti müvafiq olaraq 3300 və 3500 dollardan başlayır.
Nizam Nuriyev
“Acer” fərdi kompüter və noutbukları buraxılıb
“Acer” şirkəti “Acer ConceptD 300” adlı fərdi kompüter və “Acer ConceptD 7” və “7 Pro” noutbuklarını təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, qiyməti 1300 dollardan başlayan “Acer ConceptD 300” kompüteri üçölçülü modellər və animasiyalarla işləyənlər üçün nəzərdə tutulub. O, iki konfiqurasiyada təklif olunur. Onların birinə 10-cu nəsil “Intel Core i5” prosessoru, digərinə “Core i7” daxildir. Həmçinin “Nvidia Quadro P2200”, “RTX 2070 Super” və “RTX 3070” videokartları nəzərdə tutulub.
Kompüterə 64 giqabaytlıq “DDR4” operativ yaddaşı, 4 terabaytlıq sərt disk və 1 terabaytlıq “SSD” toplayıcısı quraşdırmaq mümkündür. “Wi-Fi 6” və “Bluetooth 5.1” modullarını dəstəkləyən qurğu bir “PCIe x16” çıxışına və iki “M.2” genişləndirmə slotuna malikdir. Kompüter “Windows 10 Pro” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
“Acer ConceptD 7” və “7 Pro” oxşar texniki xüsusiyyətlərə malikdir. Kiçik versiya “Nvidia RTX 2080 Super Max-Q”, böyük versiya “Quadro RTX 5000 Max-Q” və ya “Quadro RTX 3000” videokartları ilə təchiz olunub. Hər iki qurğu 400 kandel/kvadratmetr parlaqlıqlı “4K” təsvir ölçülü 15,6 düym diaqonallı “IPS” ekrana malikdir. O, “Adobe RGB” rəng məkanını 100 faiz əhatə edir və “Delta E<2” dəqiqliyinə malikdir. Prosessor qismində “Core i5-10300H”, “Core i7-10750H” və “10875H” çıxış edə bilər. Onların çəkisi təxminən 2,1 kiloqramdır.
Noutbuklar 32 giqabaytlıq operativ, 2 terabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Bundan əlavə, “Wi-Fi 6”, “DTS X: Ultra Audio” dəstəyi, “Thunderbolt 3” çıxışı mövcuddur. Təkrar enerji toplamadan avtonom iş vaxtı 7 saat təşkil edir. Noutbukların qiyməti müvafiq olaraq 3300 və 3500 dollardan başlayır.
Nizam Nuriyev
Baxış sayı: 267
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet