12px13px15px17px
Tarix:27/10/20

“Windows 10X” sistemi nə vaxt buraxılacaq?

“Microsoft” korporasiyasının iki ekrana malik qurğular üçün nəzərdə tutulan əməliyyat sistemi 2021-ci ilin yazında buraxılacaq. Bu barədə jurnalist, bloger Zak Boudenin “Twitter” səhifəsində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, “Windows 10X” əməliyyat sisteminin sonuncu beta versiyası ilin sonunadək işıq üzü görəcək. Mütəxəssis qeyd edib ki, söhbət əməliyyat sisteminin kompüterlərə quraşdırılmaq üçün hazırlanan sınaq versiyasından (Release To Manufacturers – RTM) gedir. Əməliyyat sisteminin sonuncu versiyasının 2021-ci ilin yazında təqdim ediləcəyi gözlənilir.

 

Yayda “Microsoft” korporasiyasının iki ekrana malik qurğular üçün nəzərdə tutulan əməliyyat sisteminin təqdimatının təxirə salınması məlum olub. Yubanma sistemin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə izah edilib. Blogerlər bildirib ki, “Windows 10X” 2021-ci ildən tez buraxılmayacaq. Həmçinin vurğulanıb ki, əvvəlcə sistemin bir ekrana malik kompüterlər üçün versiyası nümayiş olunacaq. Əməliyyat sisteminin tərtibatçılar üçün xüsusi versiyasının nümayişi fevralda baş tutub.

 

Nizam Nuriyev





Baxış sayı: 195

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 May 2024

07 05 2024