12px13px15px17px
Tarix:28/10/20

“Internet Explorer” istifadəçiləri yeni brauzerə keçiriləcək

Köhnəlmiş “Microsoft” brauzeri internetdə bir sıra saytları keçidi bloklayacaq. Bu barədə aktual “Internet Explorer” versiyasını tədqiq edən “ZDNet” nəşrinin mütəxəssislərinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yaydan test edilən məcburi oktyabr “Windows” yeniləməsinin buraxılışı ilə proqramın sistem fayllarına “dll” adlı fayl əlavə olunub. Orada “Internet Explorer” brauzeri tərəfindən istifadəçiyə göstərilməyən internet resurslarının “IP” ünvanlarının siyahısı yer alıb. Belə saytlardan birinə keçid zamanı brauzer istifadəçiyə saytın baxılma üçün optimallaşdırılmaması barədə məlumatlar əks etdirilir. Həmçinin “Internet Explorer” saytı “Edge” brauzerində açmağı təklif edir.

 

Jurnalistlər qeyd edib ki, “Internet Explorer” brauzerini sıradan çıxaran siyahı “Microsoft” mütəxəssisləri tərəfindən tərtib olunub. Məqalə yazılan zaman siyahıya 1156 sayt daxil olub. Onların sırasında “YouTube”, “Instagram”, “Twitter”, “VKontakte”, “GoDaddy” və s. populyar resurslar yer alıb.

 

Materialda vurğulanır ki, “Edge” brauzerinə məcburi keçid yalnız fiziki “Windows” istifadəçilərinə təklif olunur. Korporativ versiyalarda daxil olması qadağan edilən saytların siyahısı sistem inzibatçıları tərəfindən sazlana bilər.

 

Qeyd edək ki, yeni “Edge” brauzeri “Microsoft” korporasiyasının əməliyyat sisteminə sistemin oktyabr yeniləməsində əlavə edilib. Yayda məlum olub ki, korporasiya “Internet Explorer” brauzerinin dəstəyini 2021-ci ilin avqustunda dayandıracaq. O vaxtadək “Microsoft” bütün “Windows” istifadəçilərini aktual “Edge” brauzerinə keçirməyi planlaşdırır.

 

Nizam Nuriyev





Baxış sayı: 250

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024