12px13px15px17px
Tarix:28/10/20

“Windows” sisteminin versiyaları arasında lider məlum olub

"AdDuplex" statistik agentliyi "Windows 10" əməliyyat sisteminin müxtəlif versiyalarının yayılması üzrə yeni tədqiqatın nəticələrini dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, oktyabr reytinqində köklü dəyişikliklərin baş verməsi nəticəsində lider dəyişib. Sentyabrda birinci yeri 34,5 faiz payla "Windows 10" sisteminin 2019-cu ilin payızında buraxılan 1909 versiyası, ikincini 33,7 faiz payla sistemin o vaxt yeni olan 2004 versiyası, üçüncünü 25,7 faiz payla 1903 versiyası (2019-cu ilin yazı) tutub.

 

Oktyabrda isə 2020-ci ilin may yeniləməsi – "Windows 10" sisteminin 2004 versiyası 37,7 faiz payla birinci pillədə qərarlaşıb, sistemin ötənilki 1909 payız yeniləməsi 32,4 faiz payla ikinci pilləyə enib, 1903 versiyası isə 22 faiz payla üçüncü mövqedə qalıb.

 

Qeyd edək ki, "Windows 10" əməliyyat sisteminin 2004 versiyası artıq onun yeni versiyası hesab edilmir. Belə ki, ötən həftə hazırda 1,7 faiz paya sahib "Windows 10 October 2020 Update" (20H2) yeniləməsi buraxılıb.

 

Nizam Nuriyev





Baxış sayı: 242

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 May 2024

07 05 2024