12px13px15px17px
Tarix:29/10/20

“iPhone 13” smartfonunun əsas xüsusiyyəti məlum olub

2021-ci ildə təqdim edilməsi planlaşdırılan “iPhone 13” smartfonu böyük tutumlu daxili yaddaşla təchiz edilə bilər. Bu haqda etibarlı insayder Con Prosser məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, cari “iPhone” nəsli əvvəlki kimi 512 QB tutuma malik daşıyıcı ilə təchiz edilib. Bu, yalnız “Pro” versiyada əlçatandır, “12” və “12 mini” modellərinə isə 256 QB-lıq daşıyıcı quraşdırılıb, standart versiyalar isə 64 QB-la təchiz edilib.

 

“iPhone 13” smartfonuna 1 TB-lıq daşıyıcı quraşdırılması ehtimalı çox böyükdür. Bu isə 8K (7680x4320 piksel) təsvir ölçülü videoçəkiliş dəstəyinə işarə edə bilər, çünki belə təsvir ölçüsünə malik çarxlar böyük daxili yaddaş tələb edir. Amma belə daşıyıcı ilə təchiz edilmiş “Apple” smartfonunun versiyasının qiyməti baha olacaq.

 

Emil Hüseynov





Baxış sayı: 269

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024