“Wi-Fi 6” standartlı “WSR-3200AX4S” marşrutlayıcısı buraxılıb
“Buffalo” şirkəti ev və ofis istifadəsi üçün “WSR-3200AX4S” marşrutlayıcısını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu “Wi-Fi 6” və ya “IEEE 802.11ax” standartına uyğundur. Həmçinin əvvəlki nəsil “Wi-Fi” texnologiyaları, o cümlədən “802.11ac” və “802.11n” ilə uyğunluq tətbiq olunub.
Konstruksiyada dörd daxili antena tətbiq edilib. 5 və 2,4 QHs tezlik diapazonlarında iş dəstəklənir. Birinci halda məlumat ötürmə sürəti 2401 Mbit/saniyə, ikincidə 800 Mbit/saniyə təşkil edir.
Router bir “Gigabit WAN” portu və dörd “Gigabit LAN” şəbəkə portu ilə təchiz edilib. Qabaritlər 37,5 × 160 × 160 mm, çəki 390 qram təşkil edir.
Həmçinin “OFDMA” (Orthogonal Frequency-Division Multiple Access) texnologiyası tətbiq olunub. Bundan əlavə, məlumatların ötürülməsini optimallaşdırmağa və simsiz rabitə kanalı zolağının buraxılış qabiliyyətindən daha effektiv istifadəyə kömək edən “Beamforming” vasitələri nəzərdə tutulub.
Ağ və qara rənglərdə təklif olunan “WSR-3200AX4S” marşrutlayıcısının qiyməti 99 dollara bərabərdir.
Nizam Nuriyev
Baxış sayı: 269
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet