12px13px15px17px
Tarix:29/10/20

İlk “Lenovo” sənaye robotu təqdim olunub

“Lenovo” şirkəti “Lenovo 2020 innovation and Technology Conference” konfransı çərçivəsində “Morningstar” adlı ilk sənaye robotu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Morningstar” sənaye robotu ən yeni hesablama gücü və süni intellektdən istifadə edərək məsafədən idarəetmənin köməyi ilə rəngləmə işlərini yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir.

 

“Lenovo Group” şirkətinin vitse-prezidenti və texniki direktoru Juy Yunun sözlərinə görə, robot emalatxananın bütün ərazisini skan edir və qavrayır. Onun stereokamerası vasitəsilə ətrafdakı şərait barədə əldə edilən məlumatlar real vaxt rejimində “Edge” serverinə göndərilir. İnformasiya sinxron yerləşdirmə və xəritəçəkmə (Simultaneous Localization and Mapping, SLAM) alqoritmi vasitəsilə emal edilir və server üçölçülü videonu real vaxt rejimində əlavə reallıq qarnituruna göndərir.

 

Əlavə reallıq qarnituru vasitəsilə idarə edilən robot detalın rənglənməsi üzrə əməliyyatları püskürdücünün köməyi ilə həyata keçirir. İşlərin ardıcıllığı periferiyalı serverlərdə saxlanılır və gələcəkdə robot bu tip detalları müstəqil şəkildə rəngləyə biləcək. Bundan başqa, o, kompüter görmə qabiliyyəti vasitəsilə püskürdücünün keyfiyyətinə avtomatik nəzarəti həyata keçirəcək.

 

Yeni texnologiyanın kommersiya istifadəsinə nə vaxt veriləcəyi barədə məlumat verilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 260

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024