12px13px15px17px
Tarix:29/10/20

“Apple”ın yeni smartfonlarında batareyanın şarjı daha sürətli azalır

"iPhone 12" və "iPhone 12 Pro" smartfonlarında "5G" beşinci nəsil rabitə formatında batareyanın şarjı "4G" ilə müqayisədə daha sürətli azalır. Bu barədə "Apple" məhsullarının sınaq nəticələrinə istinadən "Apple Insider" portalı məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, məlumata əsasən, "iPhone 12" smartfonunun batareyası "4G" formatında 10 saat 23 dəqiqə, "5G" formatında isə 8 saat 25 dəqiqə işləyir. "iPhone 12 Pro" aparatında bu göstərici müvafiq olaraq 11 saat 24 dəqiqə və 9 saat 6 dəqiqə təşkil edir. Birinci model üçün fərq 118 dəqiqə, qabaqcıl model üçün isə 139 dəqiqə təşkil edir. Portal yazır ki, sınaq şərtləri real vəziyyətə yaxın olub.

 

Portalın məlumatına görə, "iPhone 12" istehsal xətti bu parametr üzrə "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən və "5G" texnologiyasını dəstəkləyən smartfonlardan geri qalır.

 

Emil Hüseynov





Baxış sayı: 263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024