12px13px15px17px
Tarix:30/10/20

“Microsoft”un “ağıllı” əlcəyi virtual reallıqda əşyaları hiss etməyə imkan verəcək

“Microsoft Research” tədqiqat bölməsi virtual reallıqda taktil hissləri ötürən “PIVOT” kontrollerini təqdim edib. "Ağıllı" əlcək yalnız əşyaların əldə olmasını deyil, həmçinin onların çəkisini və müqavimətini hiss etməyə imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “PIVOT” kontrolleri biləyə bərkidilən kiçik mühərrik və taktil qulpa malik şarnir formasındadır. "Virtual reallıq trekeri insan əlinin virtual obyektlə təmasda olduğunu qeydə aldıqda qulp əşyanın ağırlığını və düşmə sürətini təqlid edərək lazımi qüvvə ilə ovucun içinə doğru hərəkət edir" – mətbuat xidmətindən bildirilib.

 

“PIVOT” kontrollerindən istifadə edən istifadəçilər virtual reallıqda əşyaları götürə, itələyə, tullaya və yerə sala bilərlər.

 

İki “ağıllı” əlcək bir yerdə işləyə bilər. Belə olan halda istifadəçidə iki əllə ağır əşya daşımaqla bağlı təəssürat yarana bilər.

 

Emil Hüseynov





Baxış sayı: 266

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024