“Perseverance” aparatı Marsadək olan məsafənin yarısını qət edib
ABŞ Kosmik Agentliyinin (NASA) nümayəndələri "Perseverance" ("Əzmkarlıq") aparatının Yer kürəsi və Mars arasında olan məsafənin yarısını qət etməsini bəyan ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, aparat iyulun 30-da baş tutan startdan sonra 235 milyon kilometrdən çox məsafə qət edib. Öz növbəsində Qırmızı planetə də bir o qədər məsafə qalıb. Onun 19 min km/saat sürətlə hərəkət edərək Marsa 18 fevral 2021-ci ildə çatacağı gözlənilir.
Məlumata görə, enişdən sonra aparat 250 metr dərinlikdə yerləşən "Jezero" ("Göl") kraterinə yollanacaq. Alimlərin fikrincə, 3 milyard il əvvəl orada göl mövcud olub.
"Perseverance" tozlu səthi qazıyaraq geoloji nümunələr götürəcək və əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə saxlanmaq üçün yerləşdirəcək. 2030-cu illərin əvvəllərində həyata keçiriləcək növbəti missiyalar zamanı kosmik gəmilərin onları toplayaraq tədqiqat üçün Yerə gətirəcəyi nəzərdə tutulur.
Bildirilir ki, ölçüsü və çəkisinə görə iritutumlu avtomobillə (1025 kq) müqayisə edilən altıtəkərli "Perseverance" aparatı "Curiosity" ("Maraq") aparatının çertyojları əsasında yaradılsa da, geoloji nümunələrin toplanılması üçün təkmilləşdirilib. Onu Mars atmosferini öyrənəcək avtonom vertolyot müşayiət edir. Mütəxəssislərin hesablamalarına görə, aparatın yanacağı təxminən 14 il üçün kifayət edəcək.
Kosmik missiyaların əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir. İndiyədək heç bir izin tapılmamasına baxmayaraq alimlər nikbinliyi itirmirlər.
Nizam Nuriyev
Baxış sayı: 275
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet