12px13px15px17px
Tarix:30/10/20

Əsgərlərimizə 10 mindən artıq məktub göndərilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin "Əsgərə məktub" layihəsi davam edir.

 

Bu dəfə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə "Əsgərə məktub" layihəsinə qoşulublar.

 

Dənizçi tələbələr məktublarında Qarabağın azadlığı uğrunda əsgərlərimizin apardığı mübarizədən, işğaldan azad olunan tarixi yurd yerlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından qürurla bəhs ediblər. Onlar mənfur düşmənə qarşı göstərdikləri şücaətə görə əsgərlərimizə minnətdarlıqlarını bildiriblər. Məktublarda o da xüsusi qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər böyük ruh yüksəkliyi ilə qarşılanır.

 

Qeyd edək ki, "Azərpoçt" MMC-nin 1500-ə yaxın poçt şöbəsi və "Şəbəkə" xidmət mərkəzləri vasitəsilə "Əsgərə məktub" layihəsi çərçivəsində bu günə qədər 10 mindən artıq məktub ön cəbhədə xidmət göstərən əsgərlərimizə göndərilib.

 

"Azərpoçt" MMC bir daha vətəndaşlarımızı "Əsgərə məktub" layihəsinə qoşularaq əsgərlərimizə dəstək olmağa çağırır!

 

 



 

 

 

 

 

 

 

 





Baxış sayı: 191

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024